heç görmədən

without ever having seen someone or smth. / on spec за глаза (не видя)
heç fikirdə olmamaq (bir şey haqqında düşünməmək)
heç gözləməzdim (heç gözləmək olmazdı)
OBASTAN VİKİ
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Heç kim (film, 2021)
Heç kim (ing. Nobody) — Derek Kolstad'ın senarisində İlya Naişuller tərəfindən idarə olunan bir Amerikan filmi komediyası. Baş rollarda Bob Odenkerk, Connie Nielsen, Aleksey Serebryakov və Christopher Lloyd oynayır. Film, evinə oğru girdikdən sonra ailəsini qorumağa çalışan və cinayətlə üzləşmək məcburiyyətində qalan bir ailə başçısından bəhs edir . Filmin prodüserləri Odenkerk və David Litchdir. Film Rusiyada 18 mart 2021-ci ildə ABŞ-da martın 26-da nümayiş olundu, distribütoru Universal Pictures-dir. Film dünya üzrə 57,5 ​​milyon dollar gəlir əldə etdi və tənqidçilərdən müsbət rəylər aldı, onlar Odenkerkinin varisliyini və aktyorluğunu yüksək qiymətləndirirlər. == Süjet == Hutch Mansell, qayınatası Eddiyə məxsus metal emalı fabrikində ofis işçisi kimi darıxdırıcı həyat sürən adi bir insandır. Hutchin arvadı Bekki illərdir ona soyuq yanaşır. Hutch oğlu Bleyklə yaxşı yola getmir və yeganə qızı Semmi ona bağlıdır.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar.
Heç yerdə (film, 2023)
Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır. == Rollarda == Anna Kastilo — Mia Tamar Novas — Niko == Çəkiliş == İndiana Listanın hekayəsi əsasında çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur. Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir. == Buraxılış == Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır. Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır. Not Without My Daughter — Internet Movie Database saytında.
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
İnternetdə heç kim sizin it olduğunuzu bilmir
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir: "Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.